İsrailin Azərbaycandakı səfirliyini partlatmaq istəyən İran vətəndaşının apellyasiya məhkəməsi başlayıb

İsrailin Azərbaycandakı səfirliyini partlatmaq istəyən İran vətəndaşının apellyasiya məhkəməsi başlayıb
# 03 dekabr 2013 09:18 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı dekabrın 4-nə təyin edilib.


İttiham aktına əsasən, İranın xüsusi xidmət orqanının (ETTELAAT) əməkdaşı olan F.B.Həsənoğlu İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşıb. Belə ki, F.B.Həsənoğlu ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 2006-cı ildə Bakıya köçüb və ETTELAAT-la qorxduğu üçün əməkdaşlıq edib.

Təqsirləndirilən şəxs ifadəsində həmin təşkilatın Bakıdakı İsrail səfirliyinin binası qarşısında razılaşdırılmamış aksiyaların keçirilməsini təşkil etmək, səfirliyin əməkdaşlarına xəsarət yetirmək və binanı partlatmaq kimi tapşırıqlar aldığını bildirib.

Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.B.Həsənoğlu 15 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR