4 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayıb

4 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayıb
# 19 may 2014 14:21 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi mayın 30-na təyin edilib.


Qeyd edək ki, yanvarın 27-də Bakı-Şamaxı yolunu 29-cu kilometrliyində 4 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. "VAZ-21011", "Mitsubishi" və "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21011"-in sürücüsü Bahadur İbadov, qızı Ceyran İbadova və 3 yaşlı nəvəsi Zəhra ölüb. Sürücünün həyat yoldaşı Arifə İbadova və digər sərnişin Vidadi Novruzov isə ağır bədən xəsarətləri alıb.

"Mercedes Benz" markalı maşında olan Gülşən Bibirova da aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerindəcə keçinib. Sürücü Nadir Şükürov, sərnişinlər Fəridə Əliyeva və Pirum Şamalova ağır yaralanıblar.

"Mitshubishi"nin sürücüsü Murad Həmidov və sərnişini Elşən Rüstəmov da ağır bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı şəhər və Respublika Mərkəzi Klinik xəstəxanalarına çatdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR