Bu gün Yasamal və Nəsimi rayonlarında su problemi olacaq

Bu gün Yasamal və Nəsimi rayonlarında su problemi olacaq
# 26 noyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Yasamal və Nəsimi rayonlarına verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə şəhərin giriş hissəsində - Moskva prospektindən keçən 500 mm diametrli magistral su xətti üzərində yeni elektron su sayğacının quraşdırılması ilə əlaqədar içməli su kəsiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR