Samir Şərifov: “Zəif sığorta şirkətlərinin bağlanması bazarın sağlamlaşmasına səbəb olur”

Samir Şərifov: “Zəif sığorta şirkətlərinin bağlanması bazarın sağlamlaşmasına səbəb olur”
# 19 iyun 2014 12:12 (UTC +04:00)

Bakı - APA-Economics. Maliyyə Nazirliyi minimum kapital tələbinin artırılması nəticəsində zəif sığorta şirkətlərinin bağlanmasını bazarın sağlamlaşması kimi görür.

APA-Economics”in xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, minimum kapital tələbini artırmaqla Maliyyə Nazirliyi istehlakçıların maraqlarının qorunmasına və ictimaiyyətdə sığorta mədəniyyətinin artırılmasına çalışıb: “Biz həyat və qeyri-həyat sığortaçıları, o cümlədə təkrarsığortaçılar üçün minimum kapital tələblərini artırdıq. Bu da sığorta şirkətlərinin sayının azalmasına gətirib çıxarıb. Bunu bazarın sağlamlaşdırılması kimi görürük”.

Nazirin sözlərinə görə, sığorta etibardan və inamdan asılı olduğu üçün, Azərbaycan hökuməti bu sahədə işlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR