Azərbaycan gələn il sosialyönümlü büdcə xərclərinə 5,3 mlrd. manat ayıracaq

Azərbaycan gələn il sosialyönümlü büdcə xərclərinə 5,3 mlrd. manat ayıracaq
# 08 oktyabr 2013 08:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, nominal ifadədə sosialyönümlü xərclərin gələn il 5 337, 3 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2013-cü ilin analoji proqnozu ilə müqayisədə 298,9 mln. manat və ya 5,9%, 2012-ci ilin faktiki göstəricisinə nisbətən isə 597,1 mln. manat və ya 12,6% çoxdur.

Gələn il dövlət büdcəsi xərclərinin tərkibində əməyin ödənişinə 3 034,7 mln. manat (15,1%), təqaüdlər və sosial müavinətlərə 1 820,3 mln. manat (9,1%), ərzaq məhsullarının alınmasına 305,3 mln. manat (1,5%), dərman və sarğı ləvazimatlarının alınmasına 176,9 mln. manat (0,9%) məbləğində vəsait ayrılacaq.

Həmçinin, 2014-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 909,5 mln. manatın ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 475,9 mln. manat və ya 10,7%, 2012-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 719,8 mln. manat və ya 17,2% çoxdur. Bütövlükdə, bu sahələr üzrə nəzərdə tutulmuş məsrəflərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 24,5% təşkil edəcək ki, bu da 2013-cü illə müqayisədə 2,2 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR