Litva səfiri: “Ümid edirəm ki, Vilnüs sammiti çərçivəsində Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi haqqında müqavilə imzalanacaq”

Litva səfiri: “Ümid edirəm ki, Vilnüs sammiti çərçivəsində Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi haqqında müqavilə imzalanacaq”
# 07 iyun 2013 15:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Litvanın Azərbaycandakı səfirliyində bu ölkənin Avropa Birliyində sədrliyinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, Litva səfiri Arturas Jurauskas ümid etdiyini bildirib ki, Avropa Birliyinin Vilnüs sammiti çərçivəsində Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi haqqında müqavilə imzalanacaq. Litvanın sədrliyinin prioritetlərindən danışan diplomat qeyd edib ki, Litva öz qarşısında iddialı məqsədlər qoyur: “Litva AB ölkələri arasındakı ümumi məsələlərdə vicdanlı vasitəçi olacaq. Sammitin büdcəsi 62 milyon avro təşkil edəcək. İyulun 1-də Xorvatiya Avropa Birliyinə qəbul ediləcək 28-ci ölkə olacaq”.

Litvanın xüsusi tapşırıqlar üzrə səfiri Vaydatos Verba qeyd edib ki, Litva həmişə Avropa Birliyinin münaqişələrin həllində daha fəal iştirakına tərəfdar olub. Onun sözlərinə görə, sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərin ifadə olunduğu sənəd qəbul oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR