Sabah Bakıda 11-13 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda 11-13 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 10 mart 2014 09:55 (UTC +04:00)

Martın 12-si axşam və 13-də ölkə ərazisində güclü xəzri küləyi əsəcək, havanın temperaturunun aşağı enəcək

Bakı. Könül Kamilqızı - APA. Martın 11-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14 dərəcə, Bakıda 4-6, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 11-də gecə və səhər bəzi yerlərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 12-də axşamadək Abşeron yarımadasına meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin 12-də axşam və 13-də atmosfer təzyiqinin xeyli güclənməsi, güclü xəzri küləyi, havanın temperaturunun aşağı enməsi meteohəsas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR