“Auto Azərbaycan” şirkəti avtomobillərin lizinqlə satışını davam etdirir

“Auto Azərbaycan” şirkəti avtomobillərin lizinqlə satışını davam etdirir
# 07 may 2014 07:22 (UTC +04:00)

Şirkət “APA-Economics”ə məlumata görə, “Auto Azərbaycan”ın təqdim etdiyi avtomobillərin bəzi dəyişikliklər edilməklə, lizinq şərtləri ilə satışı davam edir. Sadəcə olaraq, şirkət əməkdaşlıq etdiyi lizinq şirkətlərindən birinin – “Qafqaz leasing”in xidmətindən fiziki şəxslərin istifadəsini məhdudlaşdıraraq, yalnız vergi ödəyicisi olan sahibkarlar üçün saxlayıb.

Bununla belə, şirkətin tərəfdaşlıq etdiyi digər lizinq şirkətləri vasitəsilə müştərilər “Auto Azərbaycan”ın təqdim etdiyi Hyundai, Jeep, Dodge, Peugeot, Chrysler və Geely avtomobillərini çox sərfəli lizinq şərtləri ilə əldə edə bilər.

“Azərbaycan avtomobil bazarının tək satış üzrə deyil, həm də xidmət üzrə liderlərindən biri kimi, biz təqdim etdiyimiz avtomobillərin əhalinin bütün təbəqələri üçün əlçatan olmasına hər zaman çalışırıq və bunun üçün bütün imkanlarımızdan istifadə edərək sərfəli qiymətlər və şərtlər təklif edirik”, – deyə “Auto Azərbaycan”ın direktor müavini Rüstəm Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR