Meteohəssas insanlara xəbərdarlıq edilib: “Güclü gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması diskomfort hissi yarada bilər”

Meteohəssas insanlara xəbərdarlıq edilib: “Güclü gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması diskomfort hissi yarada bilər”
# 09 yanvar 2014 09:06 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, yanvarın 11-12-də atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR