Azərbaycanda istirahət mərkəzlərində istirahət edən uşaqların sayı açıqlanıb

Azərbaycanda istirahət mərkəzlərində istirahət edən uşaqların sayı açıqlanıb
# 24 aprel 2014 11:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda istirahət mərkəzlərində istirahət edən uşaqların sayı açıqlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycanda 4 uşaq istirahət mərkəzi fəaliyyət göstərir. S.Mehbalıyev əlavə edib ki, bu sırf həmkarlar təşkilatının mülkiyyətində və balansında deyil, həm də sahə nazirliklərinin balansındadır. Onun sözlərinə görə, keçən il 3500 nəfər uşaq istirahət düşərgələrində istirahət edib. Həmin mərkəzlərin vəziyyətinə gəlincə, S.Mehbalıyev qeyd edib ki, orada hər şey qaneedicidir: “Hər il yay qabağı təmir işləri görülür və uşaqlar gələrək orada istirahət edirlər. Orada viktorinalar, voleybol, futbol yarışları keçirilir. Uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb. Uşaqların asudə vaxtının səmərəli keçirilməsi çox vacibdir”.

Konfederasiya sədri qeyd edib ki, 18 mindən artıq uşaq ailələri ilə birgə istirahət edir. Onun sözlərinə görə, putyovkalar təkcə işləyənin özünə deyil, 3-5 nəfərlik ailə üzvlərinə də verilir: “Sahə həmkarlar ittifaqının büdcəsindən ayrılan 7 milyon manata yaxın vəsait xərclənir, özəl sektordan 5-7 günlük yollayışlar alınır və onun nəticəsində işçilər ailə üzvləri ilə birgə istirahətə göndərilir. Bununla da 18 mindən artıq uşaq istirahət edə bilir. Həmkarlar təşkilatının öz vəsaiti hesabına da yollayışlar alırıq. Yollayışlar üçün 22-23 min manat vəsait Dövlət Pensiya Fondundan daxil olan vəsait hesabına ödənir. Qalan hissə isə həmkarlar təşkilatının büdcə vəsaiti hesabına həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR