Sabirabadda Azərbaycan Ağsaqqallar Şurasının regional yığıncağı keçirilib - FOTO - VİDEO

Sabirabadda Azərbaycan Ağsaqqallar Şurasının regional yığıncağı keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2013 10:40 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda Azərbaycan Ağsaqqallar Şurasının regional yığıncağı keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqdan əvvəl Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, rayon ağsaqqalları və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yığıncağı açan Fəttah Heydərov şuranın fəaliyyətindən, görülən işlərdən, ağsaqqalların cəmiyyətdəki missiyası və vəzifələrindən danışıb.

Daha sonra iclasda iştirak edən ətraf rayonların ağsaqqalları və nümayəndələri çıxış ediblər. Yığıncağa İmişli, Ağcabədi, Xocavənd, Hacıqabul, Beyləqan, Saatlı, Zərdab, Neftçala, Salyan, Şirvan, Sabirabad rayonlarından 300-ə qədər ağsaqqal və ictimaiyyət nümayəndəsi qatılıb. İclasda Milli Məclisin deputatı Rüstəm Xəlilov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR