Refat Çubarov: “Krım hakimiyyəti tatarlarla yalnız güc dili ilə danışmaq niyyətindədir”

Refat Çubarov: “Krım hakimiyyəti tatarlarla yalnız güc dili ilə danışmaq niyyətindədir”
# 06 may 2014 15:24 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Krım-Tatar Məclisinin sədri Refat Çubarov deyib.

O qeyd edib ki, Krım tatarları öz hüquqlarını qorumaq üçün yalnız qeyri-zorakı mübarizə metodlarından istifadə edirlər.

Çubarov həmçinin bildirib ki, Krımın qondarma hakimiyyəti tatarlarla yalnız güc dili ilə danışmaq niyyətindədir.

“Mən hiss edirəm ki, Krım tatarlarına yanaşmaların əksəriyyəti “bu insanlarla yalnız güc dili ilə danışmaq lazımdır” fikrinə əsaslanır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR