Paytaxtda bədbəxt hadisənin baş verməsinin qarşısını alınıb

Paytaxtda bədbəxt hadisənin baş verməsinin qarşısını alınıb
# 08 fevral 2014 18:25 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yaşayan vətəndaşa məxsus kondisioner binanın fasadından qoparaq asılı vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşa müvafiq köməklik göstərib, hər hansı bir bədbəxt hadisənin baş verməsinin qarşısını alıblar. Əməliyyat saat 19:07-də başa çatmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR