Yəməndə hərbi maşının partladılması nəticəsində iki nəfər ölüb, 6 nəfər yaralanıb

Yəməndə hərbi maşının partladılması nəticəsində iki nəfər ölüb, 6 nəfər yaralanıb
# 26 may 2013 04:54 (UTC +04:00)

Bakı-APA. Yəməndə partladıcı quraşdırılmış hərbi avtomobilin partladılması nəticəsində iki nəfər ölüb, 6 nəfər isə yaralanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, terror aktı Əl Şəhr şəhərində, hərbi maşının əsas yolla hərəkət etdiyi zaman törədilib. Məlumata görə, partlayış məsafədən idarə olunan partladıcı qurğu vasitəsi ilə həyata keçirilib. Terror aktının törədilməsində islamçı-silahlılar şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR