Azərbaycanın baş nazirinin müavini Əfqanıstanda Novruz Sammitində iştirak edib

Azərbaycanın baş nazirinin müavini Əfqanıstanda Novruz Sammitində iştirak edib
# 29 mart 2014 12:24 (UTC +04:00)

Novruz Sammitində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Bu barədə APA-ya açıqlamasında məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əfəndiyev bildirib ki, Novruz bayramına həsr olunan ənənəvi Novruz Sammiti hər ilin mart ayında təşkil olunur.

Baş nazirin müavini qeyd edib ki, bu il Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən Novruz Sammiti yüksək səviyyədə təşkil olunub: “Tədbir çərçivəsində Əfqanıstan prezidenti Həmid Kərzai, İran prezidenti Həsən Ruhani, Tacikistan prezidenti Emoməli Rəhmonla hərtərəfli görüşlər keçirilib. Görüşlərdə Azərbaycan prezidentinin salamları və Novruz təbrikləri dövlət başçılarına çatdırılıb. Sammit çərçivəsində digər ölkələrin-Qazaxıstan, Türkmənistan, Qırğızıstan nümayəndə heyətlərinin başçıları ilə də görüşlər keçirilib”.

E.Əfəndiyev əlavə edib ki, sammit çərçivəsində həmçinin Əfqanıstanda yerləşən Azərbaycan sülhməramlıları ilə görüş keçirilib. Onun sözlərinə görə, sammit zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülüb:

“Kabildə daim terror təhlükəsi var idi. Biz Kabildən qayıtdıqdan sonra xəbər aldıq ki, hətta bizim qaldığımız və əcnəbilərin yaşadığı otel partladılıb, 11 nəfər həlak olub. Bu gün də aldığımız məlumata görə, Mərkəzi Seçki Komissiyasının ofisi yaxınlığında partlayış baş verib. Bu hadisələr aprelin 5-6-da keçiriləcək prezident seçkiləri ərəfəsində yaşanır. Əfqanıstanın paytaxtı Kabildə belə terror aktlarının olmasına baxmayaraq, ümumilikdə, Novruz Sammiti və həmin sammit çərçivədə keçirilən görüşlər yüksək səviyyədə təşkil olundu və yaxşı keçdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR