BAXCP: Prezident seçkilərində ciddi qanun pozuntusuna rast gəlinməyib

BAXCP: Prezident seçkilərində ciddi qanun pozuntusuna rast gəlinməyib
# 09 oktyabr 2013 16:21 (UTC +04:00)

Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) prezident seçkiləri ilə bağlı ilkin açıqlama yayıb.

Partiyadan APA-ya verilən məlumatda bildirilir ki, BAXCP-nin 100-dən artıq seçki dairəsinin ərazisindəki seçki məntəqələrində prosesi izləyən müşahidəçilərinin partiyanın Seçki Qərargahına saat 19:00-dək verdikləri məlumata görə, seçkinin ümumi nəticələrinə təsir göstərə biləcək heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib.

Qeyd edək ki, BAXCP sədri Qüdrət Həsənquliyev prezidentliyə namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR