Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası bayram və istirahət günlərində də gücləşdirilmiş iş rejimində çalışacaq

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası bayram və istirahət günlərində də gücləşdirilmiş iş rejimində çalışacaq
# 28 dekabr 2013 08:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası adi günlərdə olduğu kimi Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı, o cümlədən istirahət günlərində də gücləşdirilmiş iş rejimində çalışacaq. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında deyib ki, bayramlar zamanı poliklinika və ambulatoriyada istirahət günü olduğuna görə təcili yardım stansiyasına müraciətlərin sayı artır. Bunu nəzərə alan təcili yardım stansiyası tərəfindən bayram və istirahət günləri nəzarət daha da artırılır: “Gündəlik olaraq stansiyanın 140 briqadası 24 saat ərzində işləyir. Amma bayram günləri çağırışların sayı adi günlərə nisbətən çox olur. Əgər adi gün həkimə 8-10 müraciət daxil olursa, bayram günləri bunların sayı 12-15 olur. Bütün bunları nəzərə alan stansiya təcili yardım zamanı gücləndirmiş iş rejimində çalışır, dərman tədarükü, maşınların xəttə çıxması, həkimlərin çağırışa getməsində problemin yaranmamasına nəzarət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR