Azərbaycanın “Eurovision 2013” təmsilçisi İsveçə gedib

Azərbaycanın “Eurovision 2013” təmsilçisi İsveçə gedib
# 06 may 2013 15:19 (UTC +04:00)

H. Məhərrəmovanın verdiyi məlumata görə, nümayəndə heyətinin müsabiqənin keçirildiyi ölkəyə səfəri mayın 5-də başlayıb: “Artıq iştirakçı ölkələrin təmsilçiləri və nümayəndə heyətləri Malmöyə gəlməyə başlayıblar. Mayın 7-dən etibarən müsabiqənin məşqlərinə start verilir. O gündən etibarən hər təmsilçi Malmö arenasında öz məşqini edəcək”.

Azərbaycan nümayəndə heyəti Malmödə xüsusi maraqla qarşılanıb. Hava limanına toplaşan Azərbaycan təmsilçisi Fərid Məmmədovun pərəstişkarları milli bayrağımızı dalğalandırıblar. Hazırda F. Məmmədov müsabiqə öncəsi vokal məşqləri edir və ciddi şəkildə çıxışa hazırlaşır.

Azərbaycan təmsilçisi Fərid Məmmədov müsabiqədə “Hold me” mahnısını ifa edəcək. Təmsilçimiz mayın 16-da keçiriləcək II yarımfinalda səhnəyə çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR