Azərbaycan vətəndaşları İİV-lə bağlı testdən keçirilir

Azərbaycan vətəndaşları İİV-lə bağlı testdən keçirilir
# 28 noyabr 2013 08:36 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən xəbərə görə, ÜST-nin Avropa məkanında bütün dövlətlərini əhatə edəcək bu tədbir çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gənclər və idman Nazirliyi ilə birgə Bakı və regionlarda İİV -lə mübarizəyə dair silsilə profilaktik-maarifləndirmə tədbirləri keçirir.

Ölkənin bir sıra ali və orta tədris müəssisələrində, ticarət, ictimai nəqliyyat və digər obyektlərində keçirilən aksiyalarda arzu edənlər İİV-lə bağlı testdən keçirilir. Əhaliyə İİV/QİÇS-in profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və bukletlər paylanılır, İİV-lə mübarizəyə dair video çarxlar nümayiş olunur. Tədbirlər Lənkəran Dövlət Humanitar kollecində və Lənkəran tibb Kollecində keçirilib. Analoji tədbirlər 28.11.2013-01.12.2013-cü il tarixlərində Astara Pedaqoji Kollecində, Bakı Metropolitenində, Park Bulvarda və Azərbaycan Dəmir Yollar QSC-də təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR