Mərkəzi Afrika Respublikasında xristianların müsəlmanlara hücumu nəticəsində 70 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında xristianların müsəlmanlara hücumu nəticəsində 70 nəfər ölüb
# 04 fevral 2014 09:48 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Mərkəzi Afrika Respublikasının Boda şəhərində xristianların müsəlmanlara hücumu nəticəsində 70-dən çox insan ölüb.

APA-nın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, polis nümayəndəsi Elie Mailao bildirib ki, silahlı şəxslər şəhərin müsəlman icmasına hücum edərək 70-dən çox insanı öldürüblər və 30-a yaxın ev yandırıblar.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır. “Seleka” adlı separatçı qruplaşma prezident Fransua Bozizeni devirərək hakimiyyəti ələ keçirməyə çalışır. Ordu ilə separatçılar arasında döyüşlər hələ də davam edir.

Bu müddət ərzində xristianlarla müsəlmanlar arasında bir neçə dəfə qanlı toqquşmalar baş verib. Ötən ay bu toqquşmalar nəticəsində 1000-dən çox insan öldürülüb, bir milyon insan isə öz evlərini tərk etməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR