Hüquq müdafiəçisi Əli Kərimlinin həbsdə olan oğlu ilə görüşüb

Hüquq müdafiəçisi Əli Kərimlinin həbsdə olan oğlu ilə görüşüb
# 25 sentyabr 2013 11:13 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, məntəqədə 25 nəfər saxlanılır: “Onların çoxu avtoxuliqanlıqla bağlı həbs ediliblər. Mən orada saxlanılan 3 nəfər AXCP üzvü ilə görüşdüm. Onlardan Ülvi Nuriyev İngiltərənin Bridgeston Universitetində magistr üzrə təhsil alır. 25 sutka müddətinə həbs edilib. Digəri Coşqun Salahov idi. Heç bir yerdə işləmir. 30 gün müddətinə həbs edilib. Üçüncü görüşdüyüm şəxs isə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli idi. 25 sutka müddətinə həbs edilib. İngiltərədə Bridgeston Universitetinin üçüncü kurs tələbəsidir. Mən onlarla saxlanıldıqları kamerada görüşdüm. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Lakin məhkəmənin qərarından narazıdırlar. Mətbuatda onlara qarşı pis münasibət göstərilməsi, ailə üzvləri ilə görüşə icazə verilməməsi ilə bağlı məlumatlar yayılıb. Bunların heç bir əsası yoxdur. Mən oranın rəisi ilə danışdım. Bildirdi ki, qaydalara görə, ailə üzvləri ilə saxlanılan şəxslərə görüş şənbə və bazar günləri istisna olmaqla, digər günlərdə saat 15-dən 17-yə qədər verilir. Yəni həmin vaxtlarda kim istəsə, görüşə bilər. Heç bir problem yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR