AMEA-da struktur və kadr dəyişiklikləri aparılıb

AMEA-da struktur və kadr dəyişiklikləri aparılıb
# 18 sentyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin Mərkəzi aparatında struktur dəyişiklikləri və kadr islahatları aparılıb.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Bildirilib ki, elmin maliyyələşməsi sahəsində idarəetmə sistemini müasir tələblər səviyyəsində qurmaq, AMEA-da bu istiqamətdə həyata keçirilən fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə Rəyasət Heyəti Mərkəzi aparatının Maliyyə-iqtisad şöbəsi ilə Mühasibat, uçot və hesabat şöbəsi birləşdirilərək Maliyyə, mühasibat uçotu və hesabatı şöbəsi adlandırılıb.

Bundan əlavə, AMEA Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü, AMEA Nizamnamə komissiyasının yeni tərkibi də təsdiq edilib.

AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi aparatın Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsinə Zərifə Əliyeva, Hüquqi təminat şöbəsinin rəis müavini hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi Ulduz Həşimova və onun müavini vəzifəsinə Tərlan Əliyeva, Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov təyin ediliblər. Digər bir qərarla AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Maliyyə, mühasibat uçotu və hesabatı şöbəsinin rəisi vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru İlqar Quliyev, Ümumi şöbənin rəisi vəzifəsinə Sevinc Həsənova təyin olunub. Toğrul Muradov, Hikmət Quliyev və Səfa Qarayev AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təsdiq olunublar. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının II Xüsusi şöbəsinin rəis müavini vəzifəsinə Fərid Xanlarov təyin edilib. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Elmi-Təşkilat İdarəsinin rəis müavini vəzifəsinə Vüqar Haqverdiyev, idarənin Elmi-tədqiqatların təşkili şöbəsinin rəisi İlyas Nuriyev təyin olunublar. AMEA Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifələrinə kimya üzrə elmlər doktoru Səfa Abasov və kimya üzrə fəlsəfə doktoru Mənzər Əmiraslanova təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR