Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sumqayıtda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sumqayıtda dəfn olunub - FOTO
# 23 may 2024 12:18 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ələkbərov Cavid Fazil oğlunun qalıqları torpağa tapşırılıb.

APA xəbər verir ki, şəhid Cavid Ələkbərovla Sumqayıtda vida mərasimi keçirilib.

Daha sonra şəhidin qalıqları Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Millli Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib. 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində itkin düşüb.

Gəncə şəhərindki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR