Horadizdə zibillikdə yeni doğulmuş körpə meyiti tapılıb

Horadizdə zibillikdə yeni doğulmuş körpə meyiti tapılıb
# 08 may 2014 13:38 (UTC +04:00)

Füzuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ötən gün Horadiz Şəhər Xəstəxanasının yaxınlığında məişət tullantılarının yerləşdiyi ərazidə yeni doğulan uşaq meyiti aşkarlanıb. Hadisə yerində polis və prokurorluq orqanlarının işçiləri araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, uşaq ötən gün Horadiz Şəhər Xəstəxanasında ölü olaraq dünyaya gəlib.

Polisdən bildirilib ki, uşağın meyitinin zibilliyə valideynləri tərəfindən atıldığı ehtimal edilir.

Horadiz Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, ötən gün 1987-ci il təvəllüdlü Gülnaz Bəylər qızı Azayeva xəstəxanaya bətnində ki, 8 aylıq uşağın ölü olması ilə bağlı müraciət edib: “Gülnaz Azayeva bətnindəki uşağın ölü olması ilə bağlı USM nəticələrini xəstəxanaya təqdim edib. 8 aylıq ölü döl süni doğuş vasitəsilə ana bətnindən çıxarılıb və cəsəd valideynlərinə verilib. Uşağın valideynləri cəsədi xəstəxananın yaxınlığında olan zibilliyə atıblar”.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR