Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın daxili işlər naziri ilə görüşüb - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın daxili işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 16 may 2014 13:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şimal Qərb Regional Mərkəzində keçirilən görüşdə nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Öz növbəsində, Gürcüstanın daxili işlər naziri bildirib ki, Azərbaycanla Gürcüstanın müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR