Gürcüstan prezidentinin müşaviri Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlılarla görüşüb

Gürcüstan prezidentinin müşaviri Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlılarla görüşüb
# 26 iyun 2014 15:36 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi bölgələrinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması və avrointeqrasiya məsələləri barədə söhbət aparılıb. S. Şamanidi azərbaycanlıların bu barədə məlumatlarının az olduğunu və son günlər yalnız Marneulidə deyil, Kvemo-Kartli bölgəsinin azərbaycanlıların kompakt yaşadığı bütün rayonlarda mövzu ilə bağlı maarifləndirmə işinin gücləndirildiyini bildirib: “Bizimlə birlikdə görüşlərdə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib. Biz çalışırdıq ki, hər bir gənc oğlan və qıza, ziyalıya, əkin sahələrində çalışan kənd adamlarına sazişlə bağlı birbaşa Azərbaycan dilində ətraflı məlumat verək. Sabah qəbul olunacaq sazişin məqsədi və əhəmiyyəti barədə söhbətlər apardıq. Görüşlərimizin müsbət nəticəsi bu oldu ki, hamıda AB ilə Gürcüstanın assosiasiya sazişinin imzalanması prosesinə maraq oyada bildik, eyni zamanda bu mövzuda Azərbaycan dilində nəşr olunan bukletlər və kitabçalar payladıq”.

Qeyd edək ki, iyunun 27-də Brüsseldə AB ilə Gürcüstan arasında assosiasiya sazişinin imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR