Azərbaycanda uşaq bağçaları 10 il müddətinə vergidən azad olunub

Azərbaycanda uşaq bağçaları 10 il müddətinə vergidən azad olunub
# 27 dekabr 2013 11:02 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, layihə prezidentin imzası ilə daxil olub.

Cəmi 2 maddədən ibarət olan yeni qanun layihəsinə əsasən körpələr evləri, körpələr evi - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Layihə səsə qoyularaq qəbul olunub.

Ziyad Səmədzadə bildirib ki, ölkədəki 1-5 yaşlı uşaqların cəmi 15 faizi bağçalara gedir: “Ölkədə ciddi bağça çatışmazlığı var. Bu dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək. Hazırda ölkədə 40 özəl bağça var. Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR