Fransada Suriyaya döyüşməyə gedən gənclər saxlanılıb

Fransada Suriyaya döyüşməyə gedən gənclər saxlanılıb
# 13 may 2014 11:46 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Fransada döyüş məqsədilə Suriyaya getməyə hazırlaşan bir qrup gənc tutulub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, polisin səhər saatlarında Strasburq şəhərində keçirdiyi əməliyyat zamanı Suriyaya döyüşə getdiyi təxmin edilən 6 nəfər saxlanılıb.

Gənclərin keçən il Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyaya getdiyi və ilin sonunda Fransaya geri döndüyü ehtimal edilir.

Qeyd edək ki, Suriyada əsir düşən və aprelin 19-da sərbəst buraxılan 4 fransız jurnalistin onları qaçıran şəxslərin fransızca yaxşı danışmaları barədə söylədikləri Fransa hökuməti döyüşməyə gedən gənclər mövzusunda yeni addımlar atmağa məcbur edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR