Bakıda beynəlxalq sığorta forumu keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda beynəlxalq sığorta forumu keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 20 iyun 2013 09:10 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, forumun açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov son 10 il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi kapitalı 16 dəfə artıb. Onun sözlərinə görə, 2003-2012-ci illərdə ölkədəki sığorta təşkilatlarının məcmu nizamnamə kapitalı 18,4 mln. manatdan 300 mln. manata çatıb. Bu dövrdə sığorta şirkətlərinin xalis mənfəəti 17,5 dəfə artaraq 50 mln. manata qədər artıb.

Nazir qeyd edib ki, son 10 ildə Azərbaycanda adambaşına düşən sığorta haqlarının məbləği 5 dəfədən çox artıb və 7 manatdan 37 manata qədər yüksəlib. S.Şərifov bildirib ki, sığorta bazarının həcmi son illər 6 dəfə, son iki ildə isə 2 dəfə artaraq 350 mln. avroya çatıb. Nəticədə, sığorta sektorunun ÜDM-də payı 0,42%-dən 0,63%-ə çatıb.

Qeyd edək ki, iki gün davam edəcək forumda «Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri», «Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri», «Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları», «Tibbi sığorta – köhnə problemlərin yeni həlləri» və «Avtomobil sığortası» panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Toplantıda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış aparıcı ekspertləri, həmçinin Dünya Bankı, Avropanın iri təkrarsığorta şirkətlərindən olan «Swiss Re» və «Europe Re» şirkətləri, dünyanın iri sığorta broker şirkətlərindən olan «Willis Re» şirkəti, tibbi sığorta üzrə ixtisaslaşmış «Munich Health» şirkəti, Türkiyənin «TARSİM» (Kənd təsərrüfatı sığortaları Hovuzu) sistemi, «AUDOTEX», «AVUS», «OtoAnaliz» şirkətləri, eləcə də Azərbaycanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularında təqdimatlar keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR