Qaxda qətlə yetirilən şəxslərin qardaş olduğu açıqlanıb - YENİLƏNİB - VİDEO

Qaxda qətlə yetirilən şəxslərin qardaş olduğu açıqlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 aprel 2014 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qaxda qətlə yetirilən şəxslərin iki qardaş olduğu açıqlanıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində evdə meyiti tapılan şəxslərin milliyyətcə gürcü olan Azərbaycan vətəndaşları 1956-cı il təvəllüdlü Rosyaşvili İasi İsaqoviç və 1960-cı il təvəllüdlü Rosyaşvili Esaryan İsaqoviç olduğu müəyyənləşib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

***

saat 11.44

Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayonunda dəhşətli qətl törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Vaqif Eyvazov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Həmin ünvanda iki kişinin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri tapılıb.

Öldürülən şəxslərin adları açıqlanmasa da, onların milliyyətcə gürcü olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR