Bu ilin əvvəlindən Azərbaycanın İKT sektoruna 29 mln. manatdan çox investisiya yatırılıb

Bu ilin əvvəlindən Azərbaycanın İKT sektoruna 29 mln. manatdan çox investisiya yatırılıb
# 17 aprel 2014 12:28 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bu ilin I rübündə informasiya, rabitə və poçt sektoruna ümumilikdə 29,5 mln. manat investisiya qoyulub və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyanın payı 0,9% təşkil edir.

APA-Economics”in məlumatına görə, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “2014-cü ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd edilib.

Qeyd edək ki, bu ilin birinci yarısında ölkə üzrə ÜDM-nin həcmi 13,15 mlrd. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə real artım tempi 2,5% təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR