Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İstanbulda keçirilən sərgidə iştirak edir

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İstanbulda keçirilən sərgidə iştirak edir
# 30 yanvar 2014 17:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İstanbulda başlayan və fevralın 2-dək davam edəcək "EMİTT 2014" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edir. Nazirlikdən APA-ya verilən məlumata görə, sərgiyə ölkədə fəaliyyət göstərən 6 turizm şirkəti və 4 mehmanxananın təmsilçiləri qatılıb.

Nazirlikdən bildiriblər ki, sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirmək üçün 70 kv.m sahədə lövhə quraşdırılıb. Lövhə sərgiyə gələn ziyarətçilərə paylanması üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, "EMİTT" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR