2013-cü il iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı alimlər layiq görülüb

2013-cü il iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı alimlər layiq görülüb
# 14 oktyabr 2013 14:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. 2013-cü il iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı alimlər Eugena Fama, Lars Peter Hansen və Robert Şiller layiq görülüb.

APA-nın məlumatına görə, iqtisadçı alimlər bu mükafatı “Aktiv qiymətlərin empirik təhlili”nə görə qazanıblar.

Eugena Fama Çikaqo Universitetinin alimidir. Tədqiqatçı qiymətlərin öyrənilməsi, dəyişdirilməsi üzrə mütəxəssisdir və uzunmüddətli proqnozları ilə tanınır.

Robert Şiller 1946-cı ildə anadan olub. Aktivlərin investisiya cəlbediciliyinin qiymətləndirilməsi sahəsində tədqiqatların müəllifidir.

Lars Peter Hansen 1952-ci ildə doğulub. 2013-cü ilin Nobel mükafatçıları elmi fəaliyyətlərində aktivlərin mübadilə səmərəliliyinin qiymətləndirilməsi və müxtəlif nəzəriyyələrin statistik metodlarının inkişafı ilə tanınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR