Azərbaycan Gürcüstanı beynəlxalq layihədə iştiraka dəvət edib

Azərbaycan Gürcüstanı beynəlxalq layihədə iştiraka dəvət edib
# 24 iyul 2013 12:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Gürcüstanın tezliklə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsində iştirakçı kimi qoşulacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Nazirin sözlərinə görə, layihənin təşkilati işlərinin başa çatması üçün Gürcüstanın bu layihədə iştirakı olduqca vacibdir: «Çünki Gürcüstanın bu layihədə iştirakı strateji məna kəsb edir. Biz məsələ ilə bağlı Gürcüstana müraciət etmişik, hazırda onlar bu məsələni nəzərdən keçirir və yaxın vaxtlarda Gürcüstan hökuməti bu layihəyə razılığını bildirəcək. Bu mərhələdən sonra isə müvafiq operatorlar böyük layihənin həyata keçirilməsinə başlayacaq».

Qeyd edək ki, TASİM layihəsi Şərqi Avropadan Çinə qədər ərazini əhatə edir. Bu beynəlxalq layihə regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, internet bağlantılarının sürətinin artırılmasına və internet xidmətlərinin inkişafına kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR