Ər-Riyadda Azərbaycan, Mərkəzi Asiya və Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq memorandumu imzalanıb

Ər-Riyadda Azərbaycan, Mərkəzi Asiya və Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq memorandumu imzalanıb
# 13 may 2014 16:17 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumunun yekunu olaraq imzalanmış sənəddə ərəb dövlətləri, Mərkəzi Asiya və Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, maliyyə, texniki, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib, bu istiqamətdə müvafiq əməkdaşlıq mexanizmlərinin yaradılması təşviq olunub.

Eyni zamanda memorandumda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə öhdəlik bir daha vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR