İsrail və Özbəkistan prezidentləri İlham Əliyevi təbrik ediblər

İsrail və Özbəkistan prezidentləri İlham Əliyevi təbrik ediblər
# 11 oktyabr 2013 10:23 (UTC +04:00)

APA-nın məlumatına görə, Ş. Peres prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə İsrail prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistan prezidenti İslam Kərimov da İ. Əliyevi yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

“Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir.

Əminəm ki, Özbəkistan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcək”, - deyə İ. Kərimov vurğulayıb.

MDB-nin Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitəsinin sədri, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən də Azərbaycan prezidentinin ünvanına təbrik gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR