Bakıda yük avtomobilləri bir-birinə çırpılıb - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda yük avtomobilləri bir-birinə çırpılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 05 may 2014 07:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi ötən gün Binəqədi rayonu Azadlıq prospekti 168 ünvanında qeydə alınıb.

Qeyd olunan ünvanda bina tikintisi üçün qazılan özüldə torpaq-qazma işləri aparılarkən “Shacman” markalı iki avtomobil toqquşub və avtomobillər deformasiyaya uğrayıb. Qəza nəticəsində 90-JR-378 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Ayvaz Hacıyevin ayaqları sıxılmış vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sürücünü çıxardıb, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR