Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub
# 24 aprel 2014 23:02 (UTC +04:00)

Bakı-APA. Bakının Səbail rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə üçmərtəbəli yaşayış binasının mənzilinə qonşu mənzilin eyvanından daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR