Xalq şairi Vaqif Səmədoğlu bu gün Bakıya qayıdır

Xalq şairi Vaqif Səmədoğlu bu gün Bakıya qayıdır
# 29 dekabr 2013 10:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Xalq şairi Vaqif Səmədoğlu Bakıya qayıdır.

V. Səmədoğlunun APA-ya verdiyi məlumata görə, İsraildəki müalicəsi bu günlərdə başa çatıb: “İndi Təl-Əvivdə aeroportdayam. Danışmaq imkanım yoxdur, axşama Bakıda evdə olacağam, geniş danışarıq. Kəsə deyim ki, özümü hələlik normal hiss edirəm”.

Qeyd edək ki, V. Səmədoğlu xərçəngdən əziyyət çəkir. O, müalicə almaq üçün bir müddət əvvəl İsrailə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR