“Khazar İslands” layihəsinə yeni investorlar cəlb olunub

“Khazar İslands” layihəsinə yeni investorlar cəlb olunub
# 17 aprel 2014 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda həyata keçirilən “Khazar İslands” layihəsinə bir neçə yeni investor cəlb olunub.

APA-Economics”in məlumatına görə, bunu layihəni həyata keçirən “Avesta” konserninin prezidenti İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, artıq Çexiyanın “Raiffeisen” bankı layihənin tikintisi üçün 390 mln. avro investisiya ayırıb: “Bu vəsaitin 50 mln. avrosu artıq bir ay ərzində şirkətə çatacaq. Bu ilin sonuna qədər isə daha 50 mln. avro, ümumilikdə isə 100 mln. avro şirkətə çatdırılacaq”.

İ. İbrahimov deyib ki, bu il Türkiyənin “EximBank”ı da layihənin tikintisinə 30 mln. dollar pul ayırıb: “Bu vəsait də 1-2 ay ərzində şirkətin bank hesablarına daxil olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR