Bakıda baş verən yanğında 1 nəfər ölüb

Bakıda baş verən yanğında 1 nəfər ölüb
# 11 may 2013 07:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində baş verən yanğında ev sahibinin meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı hamamda ev sahibi H. N. Əfəndiyevin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR