Anar Məmmədlinin və digərlərinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib

Anar Məmmədlinin və digərlərinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib
# 12 iyun 2014 14:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, apellyasiya şikayətləri Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. O, yaxın günlərdə apellyasiya şikayətlərinin baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcəyini bildirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib.

Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR