Georgi Marqvelaşvili: “Gürcüstanda siyasi təqiblər olmayacaq” - FOTO

Georgi Marqvelaşvili: “Gürcüstanda siyasi təqiblər olmayacaq” - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 15:47 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili bu gün baş naziri Bidzina İvanişvil ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ukraynalı jurnalistin sabiq prezident Mixail Saakaşvilinin təqib edilib-edilməyəcəyi barədə sualını cavablandıran G.Marqvelaşvili deyib ki, prezident prokuror səlahiyyətlərinə malik deyil: “Siyasi və mənəvi təqibin olmayacağının qarantı mənəm. Lakin cinayətə görə təqib mənim səlahiyyətlərim xaricində olan mövzudur. ABŞ, Avropa dövlətləri hüquqi əsaslarla qurulub və bizim dövlətin təməli də belədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR