İsrailin keçmiş baş naziri 6 il həbs cəzasına məhkum edilib

İsrailin keçmiş baş naziri 6 il həbs cəzasına məhkum edilib
# 13 may 2014 10:12 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. İsrailin keçmiş baş naziri Ehud Olmert 6 il həbs cəzasına məhkum edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, E.Olmert Yerusəlimdəki “Holyland” yaşayış kompleksinin tikintisi ilə əlaqədar 144 min dollar, başqa bir işlə əlaqədar isə 17 min dollar rüşvət almaqda təqsirli bilinib.

Keçmiş hökumət başçısı 290 min dollar cərimə ödəməyə də məhkum edilib.

Qeyd edək ki, Ehud Olmert İsraildə həbs edilən ilk sabiq baş nazirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR