Azərbaycanda vergi xidmət mərkəzlərində ödəniş terminalları quraşdırılacaq

Azərbaycanda vergi xidmət mərkəzlərində ödəniş terminalları quraşdırılacaq
# 28 dekabr 2013 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda gələcəkdə vergilərin vaxtında və tam məbləğdə büdcəyə ödənilməsi imkanlarının genişləndirilməsi məqsədilə xidmət mərkəzlərində ödəniş terminalları quraşdırılacaq.

«APA-Economics»in məlumatına görə, bunu «Vergilər» qəzetinə müsahibəsində Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət İdarəsinin monitorinq şöbəsinin rəisi Azər Şirinov bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri, M.Qaşqay küç.,56 ünvanda yeni istifadəyə verilmiş xidmət mərkəzində olduğu kimi, digər mərkəzlərdə də xidmət səviyyəsini müəyyən etmək və artırmaq məqsədilə avtomatik növbə və qiymətləndirmə avadanlıqları quraşdırılacaq: «Burada xidmət mərkəzlərinin interyerinin mövcud qaydalara uyğun, funksionallıq baxımındın yenidən dizaynı və texniki təchizatının yaxşılaşdırılması nəzərdə tutulub və bu istiqamətdə də işlər davam etdirilir».

A.Şirinov bildirib ki, bu il qəbul edilmiş «Vergi ödəyicilərinə xidmətlərin vahid standartları»na əsasən, xidmət mərkəzlərinin funksiyaları genişləndirilib, burada əlavə 50 növ xidmət göstərilməsi nəzərdə tutulub: «Artıq vergi ödəyiciləri vergi orqanlarının funksiyalarına aid bütün xidmətlərdən bilavasitə xidmət mərkəzinə müraciət etməklə tam şəkildə yararlana bilirlər. Xidmətləri tənzimləmək və onların keyfiyyətini artırmaq məqsədilə mərkəzlərdə vergi ödəyicilərinin qəbulu və xidmətin təşkili qaydaları təsdiq olunub, xidmətlərin səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi meyarları müəyyən edilib».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR