Professor Tofiq Vəliyev vəfat edib

Professor Tofiq Vəliyev vəfat edib
# 26 may 2014 11:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan elminə ağır itki üz verib. APA-nın xəbərinə görə, Bakı Dövlət Universiteti (BDU) «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tofiq Vəliyev vəfat edib.

Tofiq Talış oğlu Vəliyev 1934-cü il may ayında Ağdam rayonunun Kürdlər kəndində müəllim ailəsində anadan olub. 1948-1951-ci illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. 1951-1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib. 1953-1958-ci illərdə BDU-nun Tarix fakültəsində təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.

1960-1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alan T.Vəliyev 1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını, 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.

1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçən T.Vəliyev 1993-cü ildən fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR