“Azərsun Holdinq” Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirib

“Azərsun Holdinq” Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirib
# 29 aprel 2014 06:49 (UTC +04:00)

Bakı – APA-Economics. “Azərsun Holdinq” görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününün 91-ci ildönümü münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionata baş çəkərək bu özəl günü orada yaşayan insanlarla birlikdə qeyd edib.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, sakinlərə müxtəlif hədiyyələr paylayan şirkət ahılların da bu günü yüksək səviyyədə qeyd etməsinə öz töhfəsini verib. Pansionatda məskunlaşan yaşlı insanlarla nahar süfrəsi arxasında görüşən şirkət nümayəndələri sakinlərin şəraiti və istəkləri ilə də maraqlanıb və onlara istənilən məsələlərdə yardım göstərməyə hazır olduqlarını bildirib.

Azərbaycanın tibb tarixinə adını qızıl hərflərlə yazdıran Zərifə xanım Əliyeva əldə etdiyi yüksək elmi nailiyyətlərə görə SSRİnin bir çox ali mükafatlarına layiq görülüb. “Azərsun Holdinq” ölkəmizdə oftalmologiyanın inkişafında əvəzsiz rol oynayan Zərifə xanım Əliyevanın xatirəsini hörmətlə anaraq hər il onun doğum gününə həsr edilmiş müxtəlif tədbirlərdə yaxından iştirak edir və müxtəlif layihələr reallaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR