Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var
# 12 may 2014 07:55 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası bu gün saat 04: 00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

1988-ci il təvəllüdlü Lerik rayon sakini Emil Eftixar oğlu Baxşıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Emil Baxşıyev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Emil Baxşıyevin vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR