Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi və İrəvan-AB münasibətlərini müzakirə ediblər - VİDEO

Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi və İrəvan-AB münasibətlərini  müzakirə ediblər   - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2013 20:43 (UTC +04:00)

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Fransa prezidentinin administrasiyasının açıqlamasına əsasən, danışıqlarda Ermənistanın Avropa Birliyi (AB) ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Administrasiyanın açıqlamasında qeyd olunub ki, “görüşdə xüsusi diqqət Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin axtarışına yönəlmiş danışıqların aparılması” məsələsinə yetirilib. Fransua Olland və Serj Sarqsyan həmçinin iki ölkə üçün qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə də toxunublar. Dövlət başçıları Suriya böhranı və onun bölgə üçün mümkün fəsadlarını, həmçinin İranın nüvə proqramı ətrafında yaranan vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Serj Sarqsyan hazırda Fransada işgüzar səfərdədir. Səfər çərçivəsində onun oktyabrın 2-də Strasburqda AŞPA sədri Jan Klod Minyon, Avropa Şurasının sədri Turbörn Yaqland və Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniekslə görüşü nəzərdə tutulub. Bundan başqa, Ermənistan prezidenti AŞPA-nın plenar sessiyasının iclasında məruzə ilə çıxış edərək deputatların suallarını cavablandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR