Ukrayna müxalifəti: Bazar günü Müstəqillik Meydanında 800 min insan olub

Ukrayna müxalifəti: Bazar günü Müstəqillik Meydanında 800 min insan olub
# 02 dekabr 2013 10:19 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu müxalifət liderlərindən biri, sabiq daxili işlər naziri Yuri Lutsenko bu gün səhər meydanda çıxışında deyib. “Dünən Müstəqillik Meydanında səkkiz yüz min insan olub. Bu, rəsmi məlumatdır”, deyə o, söyləyib.

Y. Lutsenko insanları meydana gəlməyə və öz gələcəyini müdafiə etməyə çağırıb: “Bu, narıncı meydan hərəkatının təkrarı deyil, tamam başqa şeydir. O vaxt biz inanırdıq ki, seçdiyimiz prezident gəlib hər şeyi edəcək. İndi isə hər şeyi biz özümüz etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR